Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Dünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarrini qəbul edib.
Dünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri Bakının gözəl bir şəhər olduğunu məmnunluqla qeyd edib.
Dövlətimizin başçısı Bakının gündən-günə inkişaf etdiyini, siyasi, iqtisadi və digər mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir mərkəzə çevrildiyini vurğulayıb.
Görüşdə Azərbaycanın müvafiq qurumları ilə Dünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.