Prezident İlham Əliyev "Ericsson" şirkətinin birinci vitse-prezidenti Hans Vestberqi qəbul edib

Prezident İlham Əliyev "Ericsson" şirkətinin birinci vitse-prezidenti Hans Vestberqi qəbul edib
Söhbət zamanı ölkəmiz ilə “Ericsson” şirkəti arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən “Ericsson” şirkətinin birinci vitse-prezidenti Hans Vestberqi qəbul edib.
Görüşdə “Ericsson” şirkətinin uzun illər Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd olunub, ölkəmizin informasiya texnologiyaları sahəsindəki inkişafına görə keçmiş sovet ölkələri arasında ön sıralarda olduğu bildirilib.
Vurğulanıb ki, bu cür yüksək göstəricilərə dünya miqyasında da  nail olmaq üçün Azərbaycanın böyük potensialı var.
Söhbət zamanı ölkəmiz ilə “Ericsson” şirkəti arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.