Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Gürcüstanın daxili işlər naziri Vano Merabişvilini qəbul edib. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən, daxili işlər orqanları arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.