Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Latviya Respublikasının keçmiş Prezidenti Vayra Vike-Freyberqanı qəbul edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulanıb, Foruma olan beynəlxalq marağın önəmi qeyd olunub.
Latviya Respublikasının keçmiş Prezidenti Vayra Vike-Freyberqa Bakıda və Gəncədə gedən sürətli inkişaf proseslərinin onda böyük təəssürat oyatdığını deyib.