Prezident İlham Əliyev Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul edib

Prezident İlham Əliyev Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul edib. Görüşdə Azərbaycan Respublikası və Rusiya Federasiyası tərəfindən əsası qoyulan Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti qeyd olunub, bu tədbirin beynəlxalq əməkdaşlığın genişlənməsi, xalqların və ölkələrin bir-birinə daha da yaxınlaşması işinə xidmət edəcəyi vurğulanıb. Görüşdə, həmçinin Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd edilib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.