Prezident İlham Əliyev Yunanıstanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Yunanıstanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib

Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının ölkəmizdəki səfiri Dimitrios Tsounqasın etimadnaməsini qəbul edib.
Səfir Dimitrios Tsounqas fəxri qarovul dəstəsinin qarşısından keçib.
Dimitrios Tsounqas etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dimitrios Tsounqas Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın Azərbaycana uğurlu səfərini məmnunluqla xatırladığını deyib. Əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan diplomat əməkdaşlığımızın möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın ölkəmizə uğurlu səfərini məmnunluqla xatırlayıb. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin iqtisadi, siyasi, enerji, təhsil, mədəniyyət və digər sahələrdə daha da möhkəmləndiriləcəyinə əminliyini ifadə edib.