Prezident İlham Əliyev Gürcüstanın daxili işlər naziri Vano Merabişvilini qəbul edib

Prezident İlham Əliyev Gürcüstanın daxili işlər naziri Vano Merabişvilini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Gürcüstanın daxili işlər naziri Vano Merabişvilini qəbul edib. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən, daxili işlər orqanları arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.