Prezident İlham Əliyev Qətərin Əmiri Şeyx Həməd bin Xəlifə Al Tani ilə görüşüb

Prezident İlham Əliyev Qətərin Əmiri Şeyx Həməd bin Xəlifə Al Tani ilə görüşüb
Dünən Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al Tani ölkəmizə işgüzar səfərə gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al Tani ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Qətər arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və birgə iqtisadi təşəbbüslərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.