Şərurda qəza olub, 8 kəndin qazı kəsilib

Şərurda qəza olub, 8 kəndin qazı kəsilib

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda minik avtomobilinin çırpılması nəticəsində qaz xətti yararsız hala düşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə zamanı D-159-luq qaz xətti qırılıb. Təhlükəsizliklə əlaqədar rayonun Vərməziyar, İbadulla, Qışlaqabbas, Ərəbyengicə, Qarahəsənli, Tumaslı, Vayxır və Diyadin kəndlərində qaz təchizatı dayandırılıb.

Bərpa işləri yekunlaşandan sonra ərazidə təbii qazın verilişi təmin ediləcək.