“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

“Turan Tovuz”la yoldaşlıq oyunu keçirəcək Türkiyənin “Fənərbağça” komandasının Azərbaycana gəliş tarixi bəlli olub.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, İstanbul təmsilçisi oktyabrın 2-si günorta saatlarında Bakıda olacaq.

Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.