Fransanın PSJ klubunun futbolçusu Dezire Duenin evinə oğurluq etməyə cəhd göstərilib.
AZƏRTAC xəbər verir ki, hadisə Fransa çempionatının 11-ci turunda “Nitsa” ilə keçirilən oyundan (3:2) sonra baş verib.
Futbolçu evinin yaxınlığında polislə qarşılaşıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə şəxsin evə daxil olmağa çalışdığını, lakin içəridə kimsənin olduğunu görərək hadisə yerindən qaçdığını bildiriblər.
İyirmi bir yaşlı Dueni 2024-cü ildən PSJ-də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 15 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.