İndoneziyada şirniyyat fabrikində yanğın: 3 nəfər ölüb, 36 nəfər itkin düşüb

İndoneziyada şirniyyat fabrikində yanğın: 3 nəfər ölüb, 36 nəfər itkin düşüb

İndoneziyanın Çikande sənaye zonasında yerləşən şirniyyat fabrikində baş verən yanğın nəticəsində üç nəfər həlak olub, 19 nəfər xilas edilib. Daha 36 nəfərin axtarışları davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Detik” portalı məlumat yayıb.

Xilasetmə əməliyyatında iştirak edən polis əməkdaşının sözlərinə görə, itkin düşən 36 nəfərin axtarışı davam edir, üç nəfərin isə meyiti aşkar edilib.

Xilas edilən 19 nəfərdən dördünün xəsarət aldığı bildirilir.

İlkin məlumata görə, yanğın baş verən zaman fabrik binasında təxminən 60 nəfər olub.