“Bitcoin” və “Ethereum”un qiyməti 3 faizdən çox artıb

“Bitcoin” və “Ethereum”un qiyməti 3 faizdən çox artıb

Bazar kapitallaşmasına görə dünyanın ən böyük kriptovalyutaları olan “Bitcoin” və “Ethereum”un qiymətində artım qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, “Binance” platformasının məlumatına görə, Bakı vaxtı ilə saat 20:45-ə olan vəziyyətə əsasən, “Bitcoin”in qiyməti 3,04 faiz artaraq 60 min 484 dollara, “Ethereum”un qiyməti isə 3,44 faiz yüksələrək 1690 dollara çatıb.

“CoinMarketCap”ın məlumatına görə, noyabrın 26-da qlobal kriptovalyuta bazarının kapitallaşması 2,07 trilyon dollar təşkil edib. Bunun 58,8 faizi “Bitcoin”in, 10 faizi isə “Ethereum”un payına düşüb.