Tramp NATO müttəfiqlərinin İrana qarşı münaqişədə ABŞ-yə dəstək verdiyini bildirib

Tramp NATO müttəfiqlərinin İrana qarşı münaqişədə ABŞ-yə dəstək verdiyini bildirib

ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərinin İrana qarşı münaqişədə Vaşinqtona dəstək göstərdiyini bəyan edib.

AZƏRTAC xəbər verir ki, Tramp bu barədə Floridada yerləşən “Mar-a-Laqo” iqamətgahında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

ABŞ lideri qeyd edib ki, NATO müttəfiqləri əvvəlcə İrana qarşı münaqişədə Vaşinqtona kifayət qədər yardım göstərməsələr də, hazırda prosesə qoşulublar və İranın müxtəlif bölgələrində fəaliyyət göstərirlər.

Tramp müttəfiqlərin ABŞ-yə hansı konkret yardımı göstərdiyini isə açıqlamayıb.