Bu ilin səkkiz ayında ixrac edilən xam neft və neft məhsullarının dəyəri 11 faizədək artıb

Cari ilin yanvar-avqust aylarında Azərbaycandan ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları 14 milyon 677 min ton təşkil edib. Bu da illik müqayisədə 7,8 faiz azalma deməkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

İxrac edilən neft və xam neft məhsullarının dəyəri isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artaraq 9 milyard 281,9 milyon dollar olub.

Xatırladaq ki, 2025-ci ilin yanvar-avqust aylarında ölkədən 15 milyon 924,8 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 8 milyard 396 milyon dollar təşkil edib.