Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Trend-ə açıqlamasında bildirib ki, ABŞ-la birgə hərbi təlimlərin təxirə salınması iki ölkənin müdafiə nazirlərinin qarşılıqlı razılaşması əsasında olub: “Hərbi təlimlərin təxirə salınması ABŞ-la Azərbaycan arasında son vaxtlar yaranan gərgin münasibətlə bağlı deyil. Hərbi təlimlərin təxirə salınması iki ölkənin müdafiə nazirlərinin qarşılıqlı razılaşması əsasında olub. Əvvəllər Gürcüstanda da nəzərdə tutulan hərbi təlimlərin təxirə salınması faktları ilə rastlaşmışıq”.
Təlimlərin nə vaxt keçiriləcəyinə gəldikdə, S.Novruzov deyib ki, bu məsələni iki ölkənin müdafiə nazirləri müzakirə edib müəyyənləşdirəcəklər.
Qeyd edək ki, Azərbaycan mayda nəzərdə tutulan ABŞ-la birgə hərbi təlimlərin keçirilməsindən imtina edib.