Azərbaycanda referendum prosesinin şəffaflığı Avstraliyada olduğundan daha yüksəkdir

Azərbaycanda referendum prosesinin şəffaflığı Avstraliyada olduğundan daha yüksəkdir

“Azəraycanda referendum prosesi şəffaf keçir”. Bunu Trend-ə Avstraliya parlamentinin müşahidə missiyasının üzvü Kreyq Kelli deyib.
O bildirib ki, Azərbaycanda referendumda şəffaflıq və prosesə nəzarət Avstraliyadakından yüksəkdir: “Məsələn, Avstraliyada şəxsiyyət vəsiqəsini tələb etmirlər”.
K.Kellinin sözlərinə görə, missiya Bakı və Abşeron yarımadasında təqribən 10 seçki məntəqəsində olub: “Referendum prosesində çoxlu qadın iştirak edir ki, bu da məni sevindirir”.