Azərbaycanın Qazaxıstan və Özbəkistandakı diplomatik nümayəndəliklərində referendumda iştirak faizi yüksək olub

Azərbaycanın Qazaxıstandakı səfirliyində təşkil olunmuş seçki məntəqəsində qeydiyyatdan keçən 745 nəfərdən 611 nəfəri referendumda iştirak edib. APA-nın yerli müxbirinin verdiyi məlumata görə, bu ölkənin Aktau şəhərindəki Baş Konsulluqda yaradılmış 15 saylı I Yasamal seçki dairəsinin 39 saylı məntəqəsində qeydiyyatda olan 358 nəfərdən 297-si səsverməyə qatılıb. Azərbaycanın özbəkistandakı səfirliyində yaradılmış 15 saylı I Yasamal seçki dairəsinin 44 saylı məntəqəsində isə adı siyahıda olan 83 nəfərdən 60-ı referendumda iştirak edib.