Bolqarıstanın Baş naziri Boyko Borisovun Azərbaycana işgüzar səfəri başa çatıb

Bolqarıstanın Baş naziri Boyko Borisovun Azərbaycana işgüzar səfəri başa çatıb

Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun Azərbaycan Respublikasına işgüzar səfəri yanvarın 16-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Bolqarıstanın Baş naziri Boyko Borisovu hava limanında Azərbaycanın Baş naziri Artur Rasi-zadə və digər rəsmi şəxslər yola salıblar.