“Dağlıq Qarabağda keçirilən seçkiləri dünyanın heç bir ölkəsi tanımır və tanıya da bilməz”. APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev deyib. Dağlıq Qarabağ separatçılarının mayın 23-də işğal olunmuş ərazilərdə parlament seçkiləri keçirmək qərarına münasibət bildirən Ş.Əliyev xatırladıb ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir: “Azərbaycan ərazisində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və ölkə hökumətinin sanksiyası olmadan heç bir seçki keçirilə bilməz”.