“Bu 20 il ərzində Azərbaycan mətbuatı böyük inkişaf yolunu keçib”. Trend-in məlumatına görə, bunu Milli Mətbuat günü münasibətilə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
“Milli mətbuatın son 20 ili müstəqillik illərinə təsadüf edir. Bu 20 il ərzində mətbuat böyük inkişaf yolunu keçib”, - Ə.Həsənov deyib.
Medianın problemlərinin də olduğunu deyən Ə.Həsənov bildirib ki, xüsusilə də medianın maddi-texniki bazası dövlətin istədiyi səviyyəyə çatmayıb.
“Dövlət öz dəstəyini mediadan əsirgəmir. Dövlət öz imkanları daxilində mediaya maddi və mənəvi dəstəyi göstərir. Gələcək illərdə bu dəstək daha da artırılacaq”, - Ə.Həsənov əlavə edib.