“Turqut Ərin kitabı Azərbaycanla Türkiyə arasında münasibətləri korlamağa cəhddir, bu cür hadisələr elə-belə baş vermir. Bu gün Türkiyə ilə Azərbaycan arasında mövcud olan münasibətləri pozmaq istəyirlər”.
APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov söyləyib. O bildirib ki, Azərbaycan və Türkiyənin kütləvi informasiya vasitələri arasında yüksək səviyyəli əlaqələr var: “Ancaq təəssüflər olsun ki, bəzi KİV-lər münasibətlərə xələl gətirən materiallar hazırlayırlar. Bakıda keçirilən media təcrübəsinə həsr olunmuş bu tədbir əlaqələrin daha da gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir”.