Ermənilərin Ağdamın adını dəyişdirməsinə beynəlxalq təşkilatlar kəskin münasibət bildirməlidir

Ermənilərin Ağdamın adını dəyişdirməsinə beynəlxalq təşkilatlar kəskin münasibət bildirməlidir
“Ağdamın adının dəyişdirilməsi Ermənistanın müəyyən qüvvələri tərəfindən aparılan oyunun yeni bir növüdür”. APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirib. “Bu onu göstərir ki, Ermənistanda radikal qüvvələr Azərbaycanla Ermənistan arasında münasibətləri gərginləşdirmək istəyirlər”, - deyən akademik Ramiz Mehdiyev bildirib ki, belə hallara beynəlxalq təşkilatlar da kəskin münasibətlərini bildirməli, ermənilərin oyunlarına son qoyulmalıdır.