Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm, Mədəniyyət və İdman Mərkəzinin sədri Oleq Krapivin AzərTAc-a bildirib ki, Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mircəlal oğlu Paşayevə A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının fəxri doktoru adı verilib. 0107 nömrəli diplomu Elmi Şuranın rəhbəri, Ukraynanın bu mötəbər ali məktəbinin rektoru Pyotr Vorobiyenko imzalayıb.