"Hər bir partiya özü haqqında istənilən fikirdə ola bilər"

"Hər bir partiya özü haqqında istənilən fikirdə ola bilər"
“Qonağın yanından durub getmək Azərbaycan ənənələrinə uyğun gəlməyən, Azərbaycan mentalitetinə zidd addımdır”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Müxalifət partiyaları təmsilçilərinin Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Mövlud çavuşoğlu ilə görüşdən imtinasına münasibət bildirən şöbə müdiri bunları deyib: “Hər bir partiya özü haqqında istənilən fikirdə ola bilər. Bəziləri özünü hətta Roma Papasından daha çox katolik də saya bilər. Amma cəmiyyət onlar haqqında nə düşünür, buna diqqət yetirsinlər”.