Təhsil Nazirliyindən AzərTAc-a bildiriblər ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə ötən il ölkəmizdə müasir tələblərə cavab verən uşaq bağçaları tikilib, 7 məktəbəqədər təhsil müəssisəsində əsaslı, 31 müəssisədə isə cari təmir aparılıb. Eyni zamanda, ayrı-ayrı təlim-tərbiyə müəssisəsi lazımi avadanlıqla təchiz olunub.