Hikmət Hacıyev: Minsk qrupunun həmsədrləri Azərbaycana fevralın 6-da gələcəklər

Hikmət Hacıyev: Minsk qrupunun həmsədrləri Azərbaycana fevralın 6-da gələcəklər

ATƏT-in Minsk qrupunun həmsədrlərinin fevralın 6-da Azərbaycana gəlmələri, fevralın 7-də isə müvafiq rəsmi görüşlər keçirmələri gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə KİV-ə açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
XİN-in sözçüsü deyib ki, səfərin məqsədi Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə hazırda aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələrin davam etdirilməsidir.