“Düşənbədə keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasına Azərbaycanın baş nazir səviyyəsində qatılması ölkəmizin bu quruma yanaşmasının göstəricisi deyil”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, MDB sammitlərində təkcə Azərbaycan deyil, digər ölkələr də bəzən baş nazir, parlament sədri, hətta nazir səviyyəsində təmsil olunur.
Qeyd edək ki, MDB-nin son sammitində Azərbaycandan baş nazir Artur Rasizadə iştirak edib.