“Hansısa hadisə baş verəcəyini gözləmirəm. Düşünürəm ki, hər şey sakitliklə keçəcək”.
Bu sözləri “Qafqazinfo” ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Müsavat başqanı İsa Qəmbərin bu həftə ərzində Lənkərana yenidən səfərinə münasibət bildirərkən qeyd edib.
Mübariz Qurbanlı bildirib ki, hamımız azad ölkədə yaşayırıq: “Ona görə də hər kəs istədiyi yerə gedə bilər. Lənkəranda Müsavat rəhbərliyinə qarşı baş vermiş hadisəni xüsusi şişirtmək və təbliğ etmək lazım deyil. Mən bilmirəm Müsavat rəhbərliyi ora hansı məqsədlə gedir? Azərbaycanın hər yerində sabitlik hökm sürür. Ona görə də İsa Qəmbər istədiyi bölgəyə gedə bilər”.