Ölkə ərazisindəki 118 seçki dairəsinin 800 məntəqəsində "exit-poll" sorğusu keçirilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin referendumla əlaqədar keçirdiyi “exit-poll” sorğusunun saat 16-ya olan nəticələrinə əsasən, seçicilərin ümumi fəallığı 50,8 faiz təşkil edib. “ELS” müstəqil araşdırmalar mərkəzinin rəhbəri İradə Yaqubova bildirib ki, ölkə ərazisindəki 118 seçki dairəsinin 800 seçki məntəqəsində beynəlxalq təcrübəyə əsaslanan “exit-poll” sorğusu keçirilib. Seçicilər “exit-poll” sorğusunda fəal iştirak ediblər. “Exit-poll” sorğusunun nəticələri hesablanacaq və onun yekunları barədə ictimaiyyətə məlumat veriləcək.