Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi, millət vəkili Əli Əhmədov Qazaxıstanın hakim “Nur Otan” Partiyasından olan həmkarı Nurlan Niqmatulinə dəvət məktubu göndərib. www.yap.org.az saytının verdiyi xəbərə görə, N.Niqmatulin dəvəti qəbul edib və münasib vaxtda Azərbaycana səfərə gələcəklərini bildirib.
Qeyd edək ki, YAP nümayəndə heyəti “Nur Otan” Partiyasının qurultayında iştirak etmək məqsədilə bu ölkənin paytaxtı Astanada səfərdə olub.