Radikal müxalifət partiyalarının üzvləri istefa verirlər

Radikal müxalifət partiyalarının üzvləri istefa verirlər
Radikal müxalifət partiyalarının Bakı şəhərində sabitliyi pozmaq, qarşıdurma yaratmaq, ictimai həyatı iflic vəziyyətə salmaq cəhdləri həm ölkə əhalisinin, həm də həmin partiyaların üzvlərinin kəskin etirazına səbəb olub. SİA-ya daxil olan məlumata görə, Müsavat, AXCP, AMİP, KXCP və ümid partiyalarından istefalar davam edib. Belə ki, 09-11 apreldə ölkənin 18 şəhər və rayonunda 82 nəfər bəyanat verərək bu partiyaların sıralarını tərk ediblər. Partiyaların İsmayıllı, Beyləqan və Zərdab rayon təşkilatlarında istefa halları daha kütləvi xarakter daşıyıb. ümumilikdə, aprelin 5-dən bu günə kimi Müsavat, AXCP, AMİP, KXCP, ümid, ALP, ADP və Xalq partiyasının sıralarını 993 nəfər tərk edib. O cümlədən, AXCP-dən 408 nəfər, Müsavatdan 317 nəfər, AMİP-dən 147 nəfər, KXCP-dən 53 nəfər, ümiddən 49 nəfər, ALP-dən 12 nəfər, ADP-dən 5 nəfər, Xalq partiyasından 2 nəfər getdiyini bəyan edib.