“Azərbaycanda siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsində ən optimal prinsip kimi partiyaların Milli Məclisdə təmsilçiliyi əsas götürülməlidir”.
APA-nın xəbərinə görə, bu barədə Yeni Azərbaycan Partiyasının Sədrinin müavini-İcraçı katibi, millət vəkili Əli Əhmədov bildirib.
Onun sözlərinə görə, dünya praktikasında da əsas prinsip olaraq parlamentdə təmsilçilik götürülür: “Digər meyarlardan istifadə etməyə çalışsaq, qarışıqlıq yaranar”.