Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəvəti ilə Türkiyənin Tələbə Birliyinin (TTB) sədri Nihat Buğra Ağaoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
ATGTİ-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, türkiyəli gənclər artıq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşüb, hər iki ölkənin tələbə təşkilatları arasında mövcud əlaqələrlə tanış olublar. Eyni zamanda, qonaqlar gənclər və idman nazirinin müavini İntiqam Babayev ilə də görüşüblər.
Mayın 5-dək davam edən səfər çərçivəsində türkiyəli qonaqların Azərbaycanın digər dövlət qurumları və aparıcı qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşləri gözlənilir. Görüşlərdə ikitərəfli əlaqələrin prespektivləri müzakirə olunacaq.