Dünən Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri çjan Yannyanı partyanın mənzil qərargahında qəbul edib. Görüşdə çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, ölkələrimiz, eləcə də, Yeni Azərbaycan Partiyası ilə çin Kommunist Partiyası arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilib. Görüşdə, həmçinin, qarşıdan gələn parlament seçkiləri və ona hazırlıq prosesi haqqında bəhs edilib.