Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində bu il daha 64 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, uşaqların həmin müəssisələrə düşməsinin qarşısının alınması da əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə həssas qruplara aid uşaqlarla və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır.
Cari ildə 100 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb. Beləliklə, həmin uşaqların öz ailələrində saxlanılması təmin olunub.