Cari ilin 8 ayında sığortaolunanların sayı 104 min nəfərdən çox artıb

Cari ilin 8 ayında sığortaolunanların sayı 104 min nəfərdən çox artıb

Cari ilin yanvar-avqust ayları ərzində fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 104 min nəfərdən çox artıb.

Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, 2026-cı il sentyabrın 1-dək uçota alınmış sığortaolunanların sayı 5,4 milyon nəfərdən çox olub.