Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VI Qrant müsabiqəsi çərçivəsində reallaşdırılan “İlk Avropa Oyunlarına sən də qoşul” layihəsinin bağlanış mərasimi keçirilib.
Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə YAP Gənclər Birliyinin əlaqələndiricisi Elmar Məmmədov “Bakı 2015” ilk Avropa Oyunlarının əhəmiyyətindən bəhs edib, gəncləri bu oyunlarda yaxından iştirak etməyə çağırıb.
Layihə rəhbəri Mədinə Ağayeva “İlk Avropa Oyunlarına sən də qoşul” layihə üzrə aparılan işlər və qazanılan nəticələr barədə məlumat verib.
Digər çıxış edənlər fikir və təkliflərini bildiriblər.