Oktyabrın 23-ü saat 10:00-da “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Sumqayıt şəhərində Sumqayıt və Abşeron sakinləri ilə görüşəcək.
ASC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.
Görüş Sumqayıt şəhərində yerləşən Heydər Əliyev mərkəzində keçiriləcək.