NİİM: Bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb

Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.