ABŞ dövlət katibinin köməkçisinin müavini Ermənistana səfər edəcək

ABŞ dövlət katibinin köməkçisinin müavini Ermənistana səfər edəcək

ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Kara Makdonald iyunun 8-9-da Ermənistanda səfərdə olacaq.

“Report” “News.am”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ-la Ermənistan arasında əsas azadlıqların təmin olunması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunacaq.