Azərbaycanda seçicilərin sayı açıqlanıb

Azərbaycanda seçicilərin sayı açıqlanıb

Azərbaycanda seçicilərin sayı açıqlanıb.

"Report"un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

O bildirib ki, Azərbaycanda səsvermə hüququ olan 6 milyon 401 min 955 şəxs var: “Onların 3 milyon 20 min 387 nəfəri kişi, 3 milyon 381 min 568 nəfəri isə qadındır”.