"Bağçalara müəllim seçimi müsabiqə əsasında aparılacaq".
Bu barədə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev jurnalistlərə deyib.
O bildirib ki, bağçalara müəllim qəbulu dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinə uyğunlaşdırılacaq.