Bakıda 34 yaşlı kişi bıçaqlandı

Bakıda 34 yaşlı kişi bıçaqlandı

Martın 13-ü saat 01 radələrində Xətai rayonu ərazisində 1988-ci il təvəllüdlü Orxan Seyidovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Xətai Rayon Prokurorluğundan məlumat verilib.
     Aparılmış ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Pərviz Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Orxan Seyidova çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
     Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Pərviz Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
     Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.