Kiyevdəki azərbaycanlıların böyük əksəriyyəti şəhəri tərk edib

Kiyevdəki azərbaycanlıların böyük əksəriyyəti şəhəri tərk edib

“Kiyevdəki azərbaycanlıların böyük əksəriyyəti artıq şəhəri tərk edib”.

Bunu “Report”a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının Dnepropetrovsk üzrə nümayəndəsi Eldar Tağıyev deyib.

O bildirib ki, şəhərdə qatarlar işlədiyinə görə, insanlar özləri paytaxtdan çıxa bilirlər: “Bizə artıq müraciətlər, zənglər də gəlmir. Demək şəhərdə qalanlar yoxdur. Bir neçə nəfər diaspor əməkdaşları qalıb. Mən özüm də şəhərdən çıxmaq üçün yola düşmüşəm”.