BQXK-nın Azərbaycan Nümayəndəliyinə yeni rəhbər təyin olunub

BQXK-nın Azərbaycan Nümayəndəliyinə yeni rəhbər təyin olunub

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub.

“Report” xəbər verir ki, yeni rəhbər daha öncə Pakistanda çalışmış Draqana Kojiç olacaq.

Bildirilib ki, o bu vəzifədə səlahiyyətləri başa çatmaqda olan Arian Baueri əvəzləyəcək.