İƏT PA-ya sədrlik Azərbaycana keçib

İƏT PA-ya sədrlik Azərbaycana keçib

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (İƏT PA) sədrlik Azərbaycana keçib.

Trend-in məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova konfransda çıxışı zamanı bildirib ki, Milli Məclis öz sədrliyi dövründə Assambleyanın fəaliyyətinin gücləndirilməsi istiqamətində səylərini göstərəcək.

O vurğulayıb ki, Azərbaycan İƏT PA çərçivəsində fəaliyyətə böyük önəm verir.

Qeyd edək ki, hazırda Bakıda İƏT PA-nın Üçüncü Ümumi Konfransı keçirilir.