İspaniyada sərnişin və yük qatarları toqquşub, ölən və yaralılar var

İspaniyada sərnişin və yük qatarları toqquşub, ölən və yaralılar var

İspaniyada sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində azı bir nəfər ölüb, 85 nəfər yaralanıb.

Trend "TASS"-a istinadla xəbər verir ki, ölən şəxs maşinist olub.

Məlumata görə, hadisə Hadisə Barselona əyalətinin San-Boi de Llobreqat yaşayış məntəqəsi yaxınlığında baş verib.

Yerli vaxtla təxminən 18:00-da yük qatarı relsdən çıxaraq stansiyadan çıxan sərnişin qatarı ilə toqquşub.