İstanbul boğazında tapılan mina zərərsizləşdirilib - Yenilənib

İstanbul boğazında tapılan mina zərərsizləşdirilib - Yenilənib

İstanbul boğazında tapılan minaya zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, minanın köhnə olduğu məlum olub. Məsələ ilə bağlı həm Ukrayna, həm də Rusiya tərəfi ilə əlaqə yaradılıb.

XXX

Bu gün səhər saatlarında İstanbul Boğazında minaya bənzər obyekt aşkarlanıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Hadisə yerinə dərhal Sualtı Müdafiə Qrupları (SAS) cəld edilib və onun zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat başlanılıb.

İstanbul Boğazı gəmilərin hər iki istiqamətə hərəkəti üçün bağlanıb. 

Qeyd edək ki, Ukraynanın Odessa limanın ətrafı minalanıb. Son günlər həmin minalardan bir neçəsinin güclü axıntılar səbəbindən Qara dənizdə sürükləndiyi və İstanbul boğazına da çata biləcəyi barədə xəbərdarlıqlar edilirdi.