Moskva vilayətində bir ailənin beş üzvü yanaraq ölüb.
AZƏRTAC xəbər verir ki, vilayətin Puşkino şəhərinin Klyazma mikrorayonunda şəxsi yaşayış evində baş vermiş yanğın nəticəsində ailənin beş üzvü, o cümlədən 16 yaşlı yeniyetmə və 3 yaşlı uşaq həlak olub.
Yanağına elektrik avadanlığında yaranmış nasazlığın səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.